İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya generalı: "Yevgeni Priqojin Belarusdan Kiyevə hücum edə bilər"

Ukrayna rəhbərliyi “Vaqner” rəhbəri Yevgeni Priqojinin Belarusdan Kiyevə hücumuna hazırlaşmalıdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Britaniya generalı Riçard Dannat “Sky News”a açıqlamasında bildirib.

“Onun Belarusa getməsi müəyyən narahatlıq doğurur" ,-deyə Böyük Britaniya ordusunun keçmiş Baş Qərargah rəisi danışıb.

İngilis generalın sözlərinə görə, Priqojin “ətrafında effektiv döyüş qüvvələrini saxlayıbsa, o, yenidən müharibənin başladığı, Ukraynanın Kiyev cinahı üçün təhlükə yaradır”.

Dannattın fikrincə, “Rusiya Kiyevi yenidən almağa cəhd etmək üçün məhz “Vaqner” ÖHŞ-nin qüvvələrindən istifadə edə bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR