İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyalı səyyah: "Siz gözoxşayan binalar tikirsiniz”

Azərbaycanlılar işğaldan azad edilmiş ərazilərdə görülən işlərə görə qürur duymalıdırlar.

Musavat.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Braziliyadan olan səyyah Fernanda Pena deyib.

O, səfər zamanı gördükləri barəsində ölkəsindəki insanları məlumatlandıracağını qeyd edib:

“Mən ümid edirəm ki, gələcəkdə də bura səfər edib insanların geri qayıtdığını görə biləcəyəm. Çünki siz gözoxşayan binalar tikirsiniz, şəhərdə bərpa işləri aparırsınız, lakin hələ ki buralarda insanlar çatışmır. Ona görə də gələcəkdə bura bir daha qayıtmaq, küçələrdə insanları, onların işlədiyini görmək istərdim. Siz azərbaycanlılar burada görülən işlərdən qürur duymalısınız. Kənardakı insanlar isə bu barədə məlumatlandırılmalıdırlar. Çünki məsələn, mən Braziliyadanam və bu haqda əvvəllər heç eşitməmişdim. Ona görə də çox şadam ki, bura gələ bilmişəm və Braziliyada insanlara bu haqda danışacağam”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR