İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyalı futbolçu intihara cəhd edib

Ukraynanın "Karpatı" klubunun futbolçusu Bruninyo karyerasında çətin dönəmlər yaşadığını etiraf edib.

24 yaşlı yarımmüdafiəçi depressiya səbəbindən psixiatr və psixoloq dəstəyi aldığını bildirib.

O, pis dövrlərini 2020-2021-ci illərdə yaşadığını bildirib: "Həmin vaxt depressiya yaşadım, buna görə dərman qəbul etməli oldum. Hətta intihar etməyi belə düşünürdüm. Braziliyada futbolçular gənc yaşda ailələrindən ayrılırlar, mən isə 20 yaşımda bunu etdim və müstəqil həyata alışmaqda çətinlik çəkdim. Oynamağa az şansım olan bir kluba düşdüm və bu, məni çox üzürdü”.

Bruninyo hazırda həyatından razı olduğunu deyib: "İndi xoşbəxtəm. Sevdiyim ölkədəyəm, ailəmin yanında olmaq məni gücləndirir".

Qeyd edək ki, Bruninyo 2024-cü ilin sentyabrında icarə əsasında "Atletiko Mineyro"dan "Karpatı"ya keçib. O, Ukrayna çempionatında meydana çıxdığı 17 oyunda 7 qol müəllifi olub./Teleqraf.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Aprel 2025

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR