İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyada prezident və qubernator seçkilərinin ikinci turunda səsvermə başlayıb

Braziliyada prezident və qubernator seçkilərinin ikinci turunda səsvermə başlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ölkə vətəndaşları gələcək dövlət başçısı və federasiyanın 27 subyektindən 12-də ştat qubernatorlarına namizədlərlə bağlı da səsvermədə iştirak edəcək.

İkinci turda qalib gəlmək üçün sadə səs çoxluğu kifayətdir.

İkinci turda braziliyalılar namizədlərdən hansının - hazırkı dövlət başçısı Jair Bolsonaru və ya müxalifətin namizədi Luis İnasiu Lula da Silvanın vəzifəyə seçiləcəyinə qərar verməli olacaqlar, çünki birinci turda namizədlərdən heç biri 50+1 faizlik səs baryerini aşa bilməyib. Bolsonaro sağ təmayüllü, Lula da Silva sol təmayüllü qüvvələri təmsil edir.

Oktyabrın 2-də keçirilən birinci turun nəticələrinə görə, braziliyalılar səslərin 43,2 faizini ölkənin hazırkı Prezidenti Bolsonaruya, 48,4 faizini isə 2000-ci illərin əvvəllərində və ortalarında uğurlu sosial-iqtisadi islahatlarla yaddaşlarda qalan sabiq prezidenti Lula da Silvaya verib.

Lula da Silva ikinci turdan əvvəl deyib ki, əgər seçkilərdə qalib gələ bilsə, 2026-cı ildə keçiriləcək növbəti səsvermədə yenidən seçilməyə cəhd etməyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR