İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyada prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi öndədir

Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi Luis İnasiu da Silva (və ya qısaca “Lula”) bülletenlərin ilkin hesablanmasından sonra rəqibi hazırkı Prezident Jair Bolsonarunu ötüb – 50,04 %.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda bülletenlərin 69,86 %-i hesablanıb.

İlkin hesablamalara görə, seçicilərin 49,96 %-i hazırkı dövlət başçısını dəstəkləyib.

Xatırladaq ki, seçkilərin birinci turunda Lula da Silva 47,95 faiz səs toplayıb - onu 55 milyondan çox Braziliya vətəndaşı dəstəkləyib. Bolsonaro 43,62 faiz səs toplayıb - ona 50 milyondan çox braziliyalı üstünlük verib.

Qeyd edək ki, 77 yaşlı Lula 2003-cü ildən 2010-cu ilədək Braziliyanın Prezidenti olub. O, Sosialist Fəhlə Partiyasının həmtəsisçisi və fəxri sədridir. Beş dəfə prezident seçkilərində iştirak edib. İlk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) məğlub olub. O, 2002-ci ildə seçilib, 2006-cı ildə isə yenidən seçilib.

2010-cu ildə “Time” jurnalı Lulanı “dünyanın ən təsirli insanı” adlandırıb.

Lula 2017-ci ildə korrupsiya və çirkli pulların yuyulması işi üzrə 9,5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2019-cu ilin noyabrında azad edilib. 2021-ci ilin martında Braziliyanın Federal Ali Məhkəməsi ona qarşı bütün ittihamları ləğv edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR