Onlayn ictimai-siyasi qəzet
BP şirkəti Meksika körfəzində Chevron ilə birgə işlədiyi Uzaq Cənub yatağında neft ehtiyatları aşkarlayıb.
Musavat.com şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, yataqda kəşfiyyat qazma işləri uğur nəticə ilə başa çatıb.
Bildirilir ki, ilkin məlumatlar yataqda “potensial iqtisadi əhəmiyyətli həcmdə karbohidrogenlərin olduğunu göstərir".
Yataq Luiziana sahillərindən təxminən 190 km aralıda yerləşir. BP yatağın operatorudur və 57,5 faiz, Chevron isə qalan 42,5 faiz paya malikdir.
BP-nin baş vitse-prezidenti Endi Kriger Meksika körfəzini Amerika körfəzi adlandırmala, "Uzaq Cənub yatağının kəşfi göstərir ki, Amerika Körfəzi BP üçün inanılmaz inkişaf və imkanlar sahəsi olaraq qalır" deyib. O əlavə edib ki, onilliyin sonuna qədər şirkət Körfəzdə hasilatı sutkada 400 min bareldən çox artırmağı planlaşdırır.
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ