İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyadan 500 min funt sterlinqlik dəstək-Səfirin açıqlaması  

“Böyük Britaniya hökumətinin regionda minaların təmizlənməsini dəstəkləmək üçün BMT-nin İnkişaf Proqramına (UNDP) əlavə 500.000 funt sterlinq ayırdığını elan etməkdən çox şadam”.

Musavat.com xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” də paylaşım edərək bildirib.

Səfir qeyd edib ki, region dünyanın minalar və partlamamış hərbi sursatlarla ən çirklənmiş bölgələrindən biridir: “Son ayrılan vəsait ANAMA-nın ərazi təhlükəsizliyini təmin etməsi, xəsarətlərin qarşısını alması və insanların həyatının xilas etməsinə dəstək olmaq üçün mühüm təlim və mütəxəssis məsləhətlərini təmin edəcək. Böyük Britaniyanın bu regionun minalardan təmizlənməsinə verdiyi dəstək indi 1 milyon funt sterlinqdən artıqdır. Mənim səfirliyim burada həmçinin, qadınlar, sülh və təhlükəsizlik gündəliyinə də dəstək verir.  İnanırıq ki, bizim dəstəyimiz həm də yaxın gələcəkdə qadın minatəmizləmə qrupunun yaradılmasına kömək etmək də daxil olmaqla, Azərbaycanda minalarla mübarizədə gender mövzusunu əsas götürəcək”. 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR