İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyada hərbi bazadan RADİOAKTİV SIZMA BAŞ VERİB

Şotlandiyanın qərbində, Qlazqo yaxınlığındakı Loh-Lonq körfəzində radioaktiv sızma qeydə alınıb. Hadisə, Kral Donanmasının bazadakı 1500 su borusundan ibarət şəbəkəni lazımi qaydada texniki xidmətdən keçirməməsi səbəbindən baş verib.

Musavat.com The Guardian-a istinadən yazır ki, Radioaktiv maddə sızmasının qeydə alındığı Kulport hərbi bazasında Trident proqramına aid dörd sualtı qayıq üçün nəzərdə tutulmuş nüvə başlıqları saxlanılır.

Qəzet bildirir ki, oxşar hadisələr 2010, 2019 və 2021-ci illərdə də baş verib. Böyük Britaniya hökuməti sızma barədə məlumatı milli təhlükəsizlik səbəbi ilə gizlətməyə çalışsa da, Şotlandiya üzrə informasiya komissarı Devid Hamiltonun tələbi ilə sənədlər açıqlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR