İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya və Yaponiya arasında müdafiə müqaviləsi imzalanıb

Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Yaponiyanın Baş naziri Fumio Kişida müdafiə müqaviləsi imzalayıb.

APA xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb. Müqavilənin imzalanması ilə bağlı Britaniya Baş naziri də "Twitter" hesabında paylaşım edib. Baş nazir bildirib ki, Britaniya və Yaponiyanın ortaq ambisiyaları, qlobal çətinliklərlı mübarizə ilə bağlı ortaq yanaşması var.

"Böyük Britaniya və Yaponiyanın həmişə olduğu kimi yaxın əməkdaşlıq etdiyini görmək çox xoşdur", - deyə o qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR