İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya və Fransa "Könüllülər koalisiyası"nın səylərini müzakirə edib

Böyük Britaniya və Fransanın hərbi rəhbərliyi "Könüllülər koalisiyası"nın səylərini müzakirə edib.

Musavat.com xəbər verir ki, Böyük Britaniya hökumətinin yaydığı məlumata görə, Böyük Britaniya və Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, ordu, dəniz və hava qüvvələrinin rəhbərləri Ukraynada vəziyyətə qarşı Avropanın reaksiyasını gücləndirmək və iki ölkə arasında müdafiə sahəsində daha sıx əməkdaşlıq qurmaq üçün səyləri müzakirə ediblər.

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Toni Radakin bildirib ki, bu günkü müzakirələr, Böyük Britaniya və Fransa arasında hərbi əməkdaşlığın gələcəyini və Ukraynanı hərbi yardımla dəstəkləmək üçün birgə səyləri formalaşdırmağa kömək edəcək. O, həmçinin qeyd edib ki, Böyük Britaniya və Fransa Avropanın aparıcı nüvə gücləri olaraq, daha güclü və dərin əməkdaşlıq qurmaq məqsədilə səylərini artıracaq.

Böyük Britaniya hökuməti vurğulayıb ki, ABŞ-ı "Könüllülər koalisiyası" ilə bağlı danışıqlar barədə məlumatlandırmağa davam edir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR