Onlayn ictimai-siyasi qəzet
Almaniyanın müdafiə naziri Boris Pistorius “ABŞ-ın Ukraynaya yardımının davamını mümkün sayır.
Musavat.com NTV-yə istinadən xəbər verir ki, o, bunu Brüsseldə Ukrayna üzrə təmas qrupunun iclası çərçivəsində bildirib.
Pistorius qeyd edib ki, Vaşinqtonun Kiyevə maliyyə dəstəyini dayandırmasının “son” olduğuna dair “heç bir əlamət” yoxdur: "Bəli, bu baş verə bilər, lakin avropalılar hazırdır, Almaniya isə burada məsuliyyəti öz üzərinə götürməyə hazırdır". Eyni zamanda, onun sözlərinə görə, Almaniya kansler Fridrix Merzin Vaşinqtona səfəri zamanı “proqress əldə etmək mümkün olacağını” gözləyir.
Ukraynada müharibə başlayandan bəri Vaşinqton Kiyevə 60 tranşdan çox hərbi yardım ayırıb. Almaniyadakı Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, 24 yanvar 2022-ci ildən 2024-cü il dekabrın 31-dək Ukrayna ABŞ-dan 123 milyard dollardan çox yardım alıb. ABŞ prezidenti Donald Tramp isə daha əvvəl bəyan etmişdi ki, Vaşinqton Kiyevi dəstəkləmək üçün 300 milyard dollardan çox pul xərcləyib.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ