Onlayn ictimai-siyasi qəzet
Lerikdə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, iyunun 4-də Lerik rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 23:32-də baş verən zəlzələnin maqnitudası 3,6, dərinliyi isə 17 kilometr olub.
Zəlzələ həmçinin Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarında da hiss olunub, lakin dağıntı və ya tələfat barədə məlumat verilməyib.
***
Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, yeraltı təkanlar Masallı və Lənkəranda 3-4 bala qədər hiss olunub.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ