Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı ölkə vətəndaşlarına ehtiyatlı davranmağı və sığınacaq axtarmağa hazır olmağı tövsiyə edib.
Musavat.com xəbər verir ki, xəbərdarlıq ABŞ və Rusiya prezidentlərinin telefon danışığından sonra yerləşdirilib. Həmin danışıq zamanı Vladimir Putin Ukraynanın Rusiya hərbi aviasiyasına zərbələrinə cavab verəcəklərini bildirib.
Səfirliyin xəbərdarlığında qeyd olunur: "Hazırda əhəmiyyətli hava hücumları riski qalmaqdadır. ABŞ-ın Kiyevdəki səfirliyi ABŞ vətəndaşlarını ehtiyatlı olmağa çağırır. Həmişə olduğu kimi, hava hücumu xəbərdarlığı verildiyi təqdirdə dərhal sığınacaq axtarmağa hazır olmağı tövsiyə edirik."
Səfirlik həmçinin vətəndaşlara sığınacaq yerlərini araşdırmağı, "su, qida və dərman ehtiyatına sahib olmağı" və ictimaiyyəti xəbərdar etmək üçün yerli resurslara nəzarət etməyi tövsiyə edib.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ