İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya və Aİ Ukrayna ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ 

Böyük Britaniya və Avropa İttifaqı Ukraynaya silah tədarüklərini atəşkəsə qədər sürətləndirmək barədə danışıqlar aparır.

Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Putinin məhdud atəşkəslə razılaşmasından qısa müddət əvvəl danışıb.

Lemmi Ukraynada tam atəşkəs baş verməzdən əvvəl daha böyük hərbi dəstəyin göndərilməsi imkanını Londonda Avropa İttifaqının baş diplomatı Kaya Kallas ilə müzakirə etdiyini söyləyib. Bu fikir ötən həftə Kanadada G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə də gündəmə gətirilib.

“Əlbəttə, biz Ukraynanı hərbi və iqtisadi cəhətdən mümkün qədər güclü bir vəziyyətdə saxlamaq niyyətindəyik. Biz sülh istəyirik, amma sülh güc yolu ilə əldə edilir və bu, Ukraynanın mümkün qədər güclü bir mövqe tutması deməkdir”, - deyə Devid Lemmi vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR