Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkianın İsrailin son hücumları ilə bağlı mövqeyini tənqid edən hökumət mollası Şeyx Yunis Turabinin təhqiramiz çıxışı cəmiyyətdə narazılıq yaradıb.
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərqi məsələ ilə bağlı sərt mövqe sərgiləyib.
Rəsul Bərqi çıxışında bildirib ki, xalqın səsi ilə seçilən bir şəxsi bu şəkildə təhqir etmək qəbuledilməzdir.
“Belə bir adam zibilxanaya atılmalıdır. Bir molla xalqın seçdiyi prezidentə qarşı belə ifadələr işlətməyə cəsarət etməməlidir”, - o, hökumət mollasının açıqlamasına cavab olaraq deyib.
Bərqi əlavə edib ki, gərgin və həssas bir dönəmdə bu cür çıxışlar ictimai birlik və sabitliyə zərbə vurur, xalqın birliyini hədəfə alır.
@@TVmusavat/121636@@
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ