Onlayn ictimai-siyasi qəzet
Zaporojye vilayətinin müvəqqəti işğal altında olan Tokmak şəhərində partlayış baş verib. Nəticədə Rusiyanın “Skat 350M” PUA-larının operatorları məhv edilib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi öz Facebook səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, iyulun 16-da səhər tezdən Tokmak şəhərindəki partlayış nəticəsində “UAZ 452” avtomobili havaya uçub: “Onun içərisində iki rusiyalı işğalçı – “Skat 350M” PUA-larının istifadəsi üzrə ixtisaslaşan hava kəşfiyyatı heyətinin üzvləri olub.
İşğalçılar bu drondan Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrinin Zaporojye vilayətindəki mövqelərini aşkar etmək və artilleriya atəşini tənzimləmək üçün istifadə ediblər. Hər iki rus operatoru maşında daşıdıqları “Skat 350M” PUA-sı ilə birlikdə məhv edilib".
Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatları Ukraynanın Vinnitsa vilayətində yerləşən Polşa zavodunu hədəfə alıb.
Musavat.com xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, parket lövhələri istehsal edən “Barlinek Group” zavoduna zərbə qəsdən endirilib və hücum üç müxtəlif istiqamətdən həyata keçirilib. Hücum nəticəsində azı 3 nəfər xəsarət alıb.
“Putinin cinayətkar müharibəsi sərhədlərimizə yaxınlaşır”, – deyə Polşa XİN rəhbəri bəyan edib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Odessada olan jurnalist Anar Natiq oğlu ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ