Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusunun Ukraynaya endirdiyi artilleriya zərbələri nəticəsində Latviyanın Oqre şəhərinin meri Eqils Helmanis yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Oqre dairəsinin kommunikasiya şöbəsinin rəhbəri Patriks Grive məlumat verib.
Məlumata görə, Helmanis hazırda Ukraynada könüllü missiya çərçivəsində səfərdə olub.
"Hal-hazırda Oqre şəhər şurasının rəhbəri Ezils Helmanis ezamiyyətdədir. O, Ukrayna Silahlı Qüvvələri üçün zəruri nəqliyyat vasitələri və digər yardım vasitələrinin çatdırılmasını həyata keçirirdi", – deyə Grive bildirib.
Onun sözlərinə görə, Helmanisin səhhəti hazırda sabit qiymətləndirilir.
Qeyd edək ki, bu, Rusiya-Ukrayna müharibəsi fonunda xarici vəzifəli şəxslərin təhlükə ilə üzləşdiyi nadir hallardan biridir.
Musavat.com
18 Iyul 2025
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ