İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya Türkiyənin iki gəmiçilik şirkətini sanksiya siyahısına saldı

Böyük Britaniya enerji sektorunda biznes qurmaqla Rusiya hökumətinin dəstəyindən faydalandıqları üçün gəmi sahibi olan dörd şirkətə sanksiya tətbiq edib.

Söhbət Türkiyənin “Active Denizcilik ve Gemi İşletmeciliği” Anonim Sirketi və “Beks Ship Management And Trading” Anonim Şirkəti, həmçinin BƏƏ-nin Fractal Marine DMCC və Paramount Energy & Commodities SA (Cenevrə, İsveçrə) şirkətlərindən gedir. Sonuncu, BƏƏ-də yerləşən Paramount Energy & Commodities DMCC şirkəti ilə bağlıdır və artıq noyabr ayından Böyük Britaniyanın sanksiyalar siyahısındadır.

Paramount Energy & Commodities SA ilə əlaqəli Hollandiya vətəndaşı Niels Oscar Troost da sanksiyalara məruz qalıb.

Yayılan rəsmi məlumata görə, neft treyderi Nils Trost və onun Paramount Energy & Commodities SA şirkəti Böyük Britaniya və G7 sanksiyaları pozaraq BƏƏ-də yerləşən Paramount Energy & Commodities DMCC vasitəsilə Rusiya neftinin maneəsiz ticarətini asanlaşdırır. Fractal Marine DMCC, Beks Ship Management və Active Shipping isə Rusiyanın qiymət tavanından yuxarı satdığı nefti daşıyan kölgə donanmanın tərkib hissələridir.

Nəqliyyat sektorunda iki gəmiçilik şirkəti də Böyük Britaniyanın sanksiyalarına məruz qalıb - Russian Azia Shipping və Ibex Shipping INC. Press-relizdə deyilir ki, onlar KXDR-dən Rusiyaya silah daşınmasında iştirak ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR