İnsanlara hürriyət, millətlərə istiqlal!

İran nüvə obyektində zərəri etiraf etdi – Fordoda “məhdud dağıntı”

İran Fordo atom obyektində müəyyən zərərin baş verdiyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi açıqlama verib.

Onun sözlərinə görə, obyektin bir neçə hissəsində “məhdud ziyan” qeydə alınıb. Zərər görmüş sahələrdən bütün avadanlıqlar artıq çıxarılıb.

“Əsaslı ziyan yoxdur və təhlükəli maddələrin sızması ilə bağlı heç bir risk qeydə alınmayıb,” – deyə Kamalvəndi əlavə edib.

İran rəsmilərinin bu bəyanatı, son günlərdə Fordo və digər strateji obyektlərə mümkün hücumların təsdiqi kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR