Onlayn ictimai-siyasi qəzet
İran İsrailə qarşı hərbi əməliyyatlarını genişləndirəcəyini və bu barədə ABŞ, Böyük Britaniya və Fransa hökumətlərini rəsmi olaraq məlumatlandırdığını bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İranın “Mehr” xəbər agentliyi yayıb. Agentliyin bildirdiyinə görə, İran rəhbərliyi İsrailə qarşı həyata keçirilən hücumların qarşısının alınmasında iştirak edən istənilən ölkənin – o cümlədən bu ölkələrin – İran tərəfindən hərbi hədəfə çevriləcəyini açıq şəkildə bildirib.
Xəbərdə xüsusi olaraq vurğulanır ki, Körfəz ölkələrində yerləşən ABŞ və müttəfiqlərinə məxsus hərbi bazalar, eləcə də Körfəz və Qırmızı dənizdə hərəkət edən ticari və hərbi gəmilər “cinayət ortaqları” kateqoriyasına daxil ediləcək və zərbə hədəfinə çevriləcək.
Musavat.com
15 Iyun 2025
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ