İnsanlara hürriyət, millətlərə istiqlal!

Fyodr Bondarçuk Prezident İlham Əliyevə təşəkkür etdi

Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilən Rusiyanın Xalq artisti, rejissor Fyodr Bondarçuk Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

O, bunu jurnalislərə açıqlamasında deyib.

Bondarçuk bildirib ki, qrupun təxliyə edilməsində bir çox insan köməklik göstərib:

"İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm.Keçid zamanı hamı bizə kömək edirdi. Xüsusilə də Rusiyanın İrandakı səfirliyinə, Mədəniyyət Nazirliyimizə təşəkkür edirəm. 90 nəfərlik heyət sağ-salamatdır. Biz bir az yorulmuşuq, çox sağ olun ki, bizim qrupa dəstək göstərirsiniz".

Qeyd edək ki, dünən yayılan xəbərdə bildirilirdi ki, Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiyanın xalq artisti və rejissor Fyodor Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi nəzərdə tutulur.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR