İnsanlara hürriyət, millətlərə istiqlal!

"İrana qarşı xaricdən edilən istənilən müdaxilə əks effekt yaradır"- ŞƏRH

İranda 85 milyon nəfər yaşayır və əhalinin 49 faizi – yəni 42 milyona yaxın hissəsi 0-29 yaş arası uşaqlar və gənclərdir. Əhalinin 29-45 yaş arası olan təbəqəsi də təqribən 20 milyon nəfər təşkil edir. 1979-cu il İran inqilabından sonra doğulan əhalinin sayı artıq 62 milyonu keçib, yəni bu gün İranda yaşayanların 73 faizi inqilabdan sonra dünyaya gəlib. 15-24 yaş arası əhalinin savadlılıq faizi 97-dir, yəni bu yaşda olanların böyük əksəriyyəti oxuyub-yazmağı bacarır və ən azı orta məktəbi bitirib".

Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, hazırda İran universitetlərində 3,2 milyon tələbə təhsil alır. Son 30 ildə isə 2 milyona yaxın gənc xaricdə təhsil alıb, onların əksəriyyəti vətənə geri dönüb.

"İran kifayət qədər gənc, savadlı və dinamik cəmiyyətə malikdir. Son 10-15 ildə ölkədə dəfələrlə aylarla davam edən etirazlar baş verib. Cəmiyyətin böyük hissəsi dəyişiklik arzusundadır, sistemin oyun qaydaları insanları yordu".

İqtisadçının sözlərinə görə, İrana qarşı xaricdən edilən istənilən müdaxilə əks effekt yaradır: “Xarici təsir olduqda xalq iqtidarın ətrafında birləşir, bu isə daxildəki dəyişiklik istəyən hərəkatlara zərbə vurur. İran kimi sivilizasiya mərkəzində dəyişiklik yalnız içəridən, orqanik yolla mümkündür".

İqtisadçı sonda əlavə edib ki, bölgədə sülhün qorunması üçün İrandakı gənclərin dəyişiklik istəklərinə müdaxilə edilməməlidir:

“Ümid edirəm, bölgəmiz qan çanağına dönmədən bu gərginlik sona çatacaq. İranda dəyişiklik istəyən gənclər ölkənin resurslarını və potensialını islahatlarla yeni mərhələyə daşıya bilərlər – onlara mane olmamaq lazımdır".

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR