Onlayn ictimai-siyasi qəzet
Oktyabrda Avropa Şurası Ermənistanın demokratik yolla seçilmiş hökuməti və təhlükəsizliyini dəstəkləmək üçün onunla əməkdaşlığın gücləndirilməsini müzakirə edib.
Bunu bazar ertəsi Brüsseldə Avropa Ittifaqı xarici işlər nazirlərinin görüşündə xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel deyib.
“Biz Ermənistandakı missiyamızı gücləndirmək qərarına gəldik: sərhədin təhlükəli hissələrində daha çox müşahidəçi və daha çox patrul olacag. Bız həmçinin Avropa Sülh Fondu çərçivəsində Ermənistana mümkün dəstəyi və Ermənistan üçün viza rejiminin liberallaşdırılmasını öyrənəcəyik”, - o deyib. Borrell Ermənistanı daxildən və xaricdən sabitliyi pozmaq cəhdlərinə qarşı sayıq olmağa çağırıb.
“Bizim Azərbaycana mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması qəbuledilməzdir və münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələrə səbəb olacaq”. “Biz Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri çərçivəsində Ermənistan və Azərbaycan arasında danışıqların bərpasına çağırırıq. Biz sülh müqaviləsi bağlamalıyıq və vasitəçilik rolumuzu davam etdirmək əzmindəyik”, - Borrell vurğulayıb.//Turan.az
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ