Onlayn ictimai-siyasi qəzet
İsrail Baş naziri Benyamin Netanyahu iranlılara müraciət edib.
Musavat.com xəbər verir ki, Netanyahu öz çıxışında birbaşa İran xalqına səslənərək, İslam Respublikasının mövcud rejimini devirməyə çağırıb. O, iranlıları bu hakimiyyətə qarşı ayağa qalxmağa səsləyib və onların yanında olduğunu bildirib:
“İran xalqı, mən sizinləyəm. Rejimi dəyişin, bu qaranlığı sona yetirin” – deyə İsrail Baş naziri videomüraciətində vurğulayıb.
Qeyd edək ki, Netanyahu əvvəllər də İran rejiminə qarşı sərt ritorika ilə çıxış edib, lakin bu dəfə birbaşa xalqı inqilaba çağırması xüsusi diqqət çəkib.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ