Onlayn ictimai-siyasi qəzet
İranın bu gecə İsrailə qarşı başladığı raket hücumları nəticəsində şəhər mərkəzində dağıntılar olub.
Musavat.com xəbər verir ki, Tel-Əvivin mərkəzində raket qalıqları bir neçə binaya ciddi ziyan vurub. Onun sözlərinə görə, əraziyə çoxsaylı polis və yanğınsöndürən qüvvələr cəlb edilib.
“Çoxlu sayda polis, təcili yardım və yanğınsöndürənlər var. İnsanlar təşviş içindədir. Bəzi binaların şüşələri qırılıb, dağıntılar qeydə alınıb”, – deyə “İzvestiya” nəşrinin müxbiri qeyd edib.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Rəsmi qurumlardan dəqiq itki və dağıntı dərəcəsi ilə bağlı əlavə məlumat gözlənilir.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ