İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın vurulan nüvə təsisindən Azərbaycana radiasiya sızıb? – RƏSMİ AÇIQLAMA

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə İranın vurulan nüvə obyektlərindən Azərbaycana radiasiyanın sızması ilə bağlı narahatedici iddialar yayılıb.

Məsələ ilə bağlı ölkənin aidiyyəti qurumları – Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə rəsmi açıqlama yayıblar.

Nazirliklərin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir ki, bu iddiaların yerində araşdırılması üçün mütəxəssislərdən ibarət mobil qruplar ölkənin cənub sərhədləri boyunca – ümumilikdə 30 məntəqədə, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə genişmiqyaslı müayinələr aparıblar.

Rəsmi nəticə belədir:

“Aparılan müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib. Müayinələr mütəmadi şəkildə davam etdirilir.”

Qurumlar vətəndaşları yalnız rəsmi mənbələrə istinad etməyə və sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanmağa tələsməməyə çağırıblar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR