İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ senatoru Sanderz: “Biz Netanyahuya görə daha bir müharibəyə cəlb oluna bilmərik”

Musavat.com xəbər verir ki, ABŞ senatoru Berni Sanderz İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarını kəskin şəkildə tənqid edib.

Demokrat senator Birləşmiş Ştatların bu qarşıdurmaya cəlb olunmasının qəbuledilməz olduğunu bildirib.

Sanderz deyib:

“Biz Netanyahuya görə daha bir müharibəyə cəlb oluna bilmərik.”

O qeyd edib ki, bazar günü İranın nüvə proqramı ilə bağlı mühüm diplomatik danışıqlar planlaşdırılmışdı. Lakin həmin danışıqlardan öncə İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı qanunsuz hərbi zərbələrə start verib. Nəticədə, bu hücumlar zamanı İran tərəfdə əsas danışıqlarda iştirak edən fiqurlardan biri öldürülüb.

Berni Sanderzin sözlərinə görə, Netanyahu bu addımı ilə ABŞ-ın diplomatik təşəbbüslərini sabotaj edib, nüvə sazişinə nail olmaq şanslarını məhv edib və bölgədə saysız-hesabsız günahsız insanın həyatını təhlükə altına qoyub.

Senatorun bu çıxışı Vaşinqtonda və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Bu bəyanat, ABŞ daxilində də İsrailin hərəkətlərinə qarşı narazılığın artmaqda olduğunu göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR