İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrell Türkiyənin Aİ-yə üzvlük perspektivindən danışıb

"Sirr deyil ki, son 2 ildə Türkiyə münasibətlərimizdə çətinliklər vardı."

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Antalya Diplomatiya Forumu çərçivəsində paneldə çıxışı zamanı deyib.

O bildirib ki, çətinliklərə baxmayaraq indi bu münasibətlər daha yaxşılaşıb. "Türkiyə il Aİ-yə üzv ölkələrin bəziləri arasında gərginlik vardı ancaq indi münasibətlər daha yaxşıdır və inanıram ki, müsbətə doğru inkişaf davam edəcək".

Aİ diplomatı Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı məqama da toxunub.

"Bilirsiniz, biz, Aİ bir klubdu və üzvlük məsələsində bütün üzvlərin razılığı olmalıdır ancaq klub üzvlərinin bəzilərinin Türkiyə ilə problemi var. Öncə bu maneələr aradan qalxmalıdır."

Cozep Borrell Türkiyənin geostrateji rolu barədə də danışıb.

"Türkiyənin regionda geosiyasi rolu böyükdür, o, oyunçudur və bu rol təkcə regionla sərhədlənmir. Türkiyə artıq Afrikada - Liviyada, Somalidə oyunçudur və Türkiyənin rolu artmağa davam edir".

"Türkiyə Aİ-yə üzv olmağa namizəddir, bizim üçün önəmli ölkədir. Ona görə də biz əvvəlcə üzvlük üçün maneə və problemləri həll etməliyik."

Cozep Borrell Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik səylərinə də toxunub. "Ukrayna məsələsində Türkiyə daha təsirli ölkə ola bilər və bu, özünü göstərir, bilirsiniz, Ukrayna və Rusiya XİN başçıları Türkiyənin vasitəçiliyi ilə görüşdü, ona görə də bu istiqamətdə də biz Türkiyə ilə əməkdaşlıq etməliyik. Buna görə bu gün mən burdayam", Borrell deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR