İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Conson: “Ukrayna qalib gələcək, Ukrayna azad olacaq”

Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynanın Rusiyanı məğlub edəcəyini və Ukraynanın yenidən azad ölkəyə çevriləcəyini bildirib.

O, bunu videokonfrans vasitəsilə Ukrayna parlamentindəki çıxışında bəyan edib.

Conson qeyd edib ki, Ukrayna “Putinin yenilməz olması haqqında mifə” son qoyub və Kiyevə qədər irəliləyən Rusiya ordusunu dəf edib.

Hökumət başçısı hazırda ukraynalıların 21-ci əsrin ən böyük qəhramanlıq salnaməsini yazdıqlarını, eləcə də “Putinin tarixi səhvini” ifşa etdiklərini deyib.

Mənbə: TRT

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR