Onlayn ictimai-siyasi qəzet
Bolqarıstan parlamenti ikinci və yekun oxunuşda ölkədə avronun dövriyyəyə buraxılması prosedurunu tənzimləyən qanunu qəbul edib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, qanun yeni pul vahidinin dövriyyəyə buraxılması prinsiplərini, qaydalarını və prosedurlarını və əhalinin yeni valyutaya uyğunlaşmasına imkan verən keçid dövrünü müəyyən edir.
Avronun və Bolqarıstan levinin ikili dövriyyə müddəti vahid Avropa valyutasının dövriyyəyə buraxılmasından sonrakı bir ay müəyyənləşdiriib. Bolqarıstan Xalq Bankı lev ilə əskinas və sikkələri pulsuz, qeyri-məhdud miqdarda və vaxt məhdudiyyəti olmadan rəsmi məzənnə ilə avroya dəyişməyə borcludur. Avronun dövriyyəyə buraxılmasından əvvəlki ay ərzində ölkədə bütün malların qiymətləri iki valyuta vahidində göstərilməlidir.
Bolqarıstanda avronun dövriyyəyə buraxılması tarixi qanuni olaraq müəyyən edilməyib, bununla bağlı qərarı Avropa İttifaqı Şurası müəyyən edəcək.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ