İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan Rusiyadakı səfirini geri çağırıb

Bolqarıstanın Rusiyadakı səfiri Atanas Krıstyev məsləhətləşmə üçün Sofiyaya çağırılıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kiril Petkov martın 28-də məlumat verib.

“Bu gün Moskvadan humanitar uçuş həyata keçirilib. Təyyarənin göyərtəsində Rusiyadakı səfirimiz də olub. O, məsləhətləşmələr üçün Sofiyaya qayıdıb. Təyyarənin göyərtəsində Bolqarıstanın daha 64 vətəndaşı olub”, - Baş nazir NATO-ya üzv olan Cənub-Şərqi Avropa dövlətlərinin hökumət başçılarının görüşünün yekunlarına həsr edilən mətbuat konfransında uyğun sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, oxşar addımları NATO-dakı başqa müttəfiqlərin atacağı da gözlənilir.

Qeyd edək ki, martın 23-də Kiril Petkov Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofonovanın ölkəsində baş verənlər barədə feysbuk səhifəsində yaydığı fikirlərdən razı qalmadığını bildirmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR