İnsanlara hürriyət, millətlərə istiqlal!

“Boeing 737-9 MAX” təyyarəsinin hermetikliyinin pozulmasının səbəbi məlum olub

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası yanvarın 6-da “Boeing 737-9 MAX” sərnişin təyyarəsinin təcili enişi ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ-nin Portlend şəhərində təyyarənin təcili çıxış üçün ehtiyat qapısı tapılıb.

Şura hesab edir ki, təyyarənin hermetikliyinin pozulmasının səbəbi bu qapının qopması olub.

Xatırladaq ki, yanvarın 6-da “Alaska Airlines”a məxsus “Boeing 737-9 MAX” sərnişin təyyarəsi Portlend hava limanında təcili eniş edib. Hadisədən sonra Avropa İttifaqı və ABŞ yoxlamalar üçün belə təyyarələrin istismarını dayandırdıqlarını açıqlayıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR