Onlayn ictimai-siyasi qəzet
BMT baş katibinin nümayəndəsi Stefan Carrik Səudiyyə Ərəbistanında keçirilən görüşlərdən sonra Vaşinqtonun Rusiya və Ukrayna tərəfləri ilə əldə etdiyi razılaşmaları müsbət qiymətləndirib.
Musavat.com xəbər verir ki, məlumatı BMT rəsmisi brifinqdə açıqlayıb.
O deyib: "Biz açıq şəkildə alqışladığımız iki bəyanat gördük. Bu məsələlər, xüsusən də Qara dənizdə naviqasiya azadlığı. BMT-nin baş katibi və onun komandası praktiki olaraq münaqişənin əvvəlindən onlar haqqında danışır".
Carrik qeyd edib ki, Ər-Riyadda keçirilən danışıqlarda BMT təmsil olunmayıb. Bir jurnalistin təşkilatın Ukrayna münaqişəsinin nizamlanmasına dair razılaşmada hər hansı rol oynayıb-oynamayacağı ilə bağlı sualına o, deyib ki, bu barədə danışmaq hələ tezdir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ