İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dən Qəzza ilə bağlı HƏYƏCAN TƏBİLİ - Vəziyyət fəlakətlidir

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Sindi Makkeyn Qəzza zolağındakı vəziyyəti fəlakətli adlandırıb. 

Musavat.com xəbər verir ki, bu barədə o, ABC telekanalında bildirib.

Onun sözlərinə görə, Rəfah keçid məntəqəsi vasitəsilə çatdırılan yardım kifayət etmir:

"Qəzza zolağında vəziyyət indi fəlakətlidir. Yemək, su, işıq yoxdur. 20 yardım maşını çatdıra bildik. Lakin bu, kifayət deyil. Bizə bu bölgəyə təhlükəsiz və davamlı çıxış lazımdır".

Bundan əvvəl BMT-nin beş agentliyi birgə bəyanatda Qəzza zolağındakı vəziyyəti fəlakətli adlandırıb və humanitar atəşkəsə çağırıb.

Şənbə günü beynəlxalq ictimaiyyət tərəfindən Misirin Əl-Ariş şəhərinin hava limanına çatdırılan 20 yük maşını humanitar yardım keçid məntəqəsindən keçib. Yüklərin daşınmasına nəzarət Misir Qızıl Aypara Cəmiyyəti və BMT tərəfindən həyata keçirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR