İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də Rusiya qüvvələrinin Ukraynadan çıxarılmasını tələb edən qətnamə qəbul olunub

BMT Baş Assambleyası Rusiya qüvvələrinin Ukraynadan dərhal çıxarılmasını və müharibənin dayandırılmasını tələb edən qətnamə qəbul edib.

“Report”un ABŞ bürosu xəbər verir ki, Ukrayna-Rusiya müharibəsinin 3-cü ildönümü ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinin təşəbbüsü ilə BMT Baş Assambleyasında fövqəladə sessiya keçirilib.

Sessiyada müvafiq qətnamə layihəsi səsverməyə qoyulub. Qətnamə 93 lehinə, 18 əleyhinə səslə təsdiqlənib, 65 ölkə isə səsvermədə bitərəf qalıb. ABŞ və Rusiya qətnamənin əleyhinə səs verib.

Qətnamədə vurğulanıb ki, Rusiya işğalı üç ildir davam edir və təkcə Ukrayna üçün deyil, həmçinin digər regionlar və qlobal sabitlik üçün də ciddi təhlükə yaradır.

Aİ ölkələrinin də dəstəklədiyi sənəddə müharibəyə son qoyulması və Rusiyanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən tamamilə çıxması tələb olunur.

Qeyd edək ki, BMT Baş Assambleyasında qəbul edilən qətnamələr tövsiyə xarakteri daşıyır və hüquqi cəhətdən məcburi qüvvəyə malik deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR