İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-də çıxış etmək istədilər - İstəkləri rədd edildi

BMT Əfqanıstandakı hazırkı Taliban hökuməti nümayəndələrinin bu qurumun Baş Assambleyasının 77-ci sessiyasının siyasi müzakirələrində iştirakını rədd edib.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Talibanın Doha qərargahının rəhbəri Məhəmməd Süheyl Şahin açıqlama verib.

O, BMT-nin bu qərarını ədalətsiz addım hesab edir.

Süheyl Şahin bildirib ki, Əfqanıstan İslam Əmirliyi təsbit edilmiş faktdır və əfqanların BMT Baş Assambleyasında dinlənilmək hüquqları var.

Qeyd edək ki, ötən il Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Talibanın elan etdiyi hökumət BMT tərəfindən tanınmır. Beynəlxalq qurum Talibanı Əfqanıstanın legitim hökuməti hesab etmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR