İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Baş katibindən RAMAZAN MESAJI: Müqəddəs ayda ədalətli dünya quraq - VİDEO

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ramazan ayı münasibətilə videomüraciət yayıb.

Musavat.com xəbər verir ki, bütün dünya müsəlmanlarına səmimi arzularını bildirən Quterreş Ramazanın düşünmək və öyrənmək ayı olduğunu qeyd edib.

İnsanlığın bu ayda tolerantlıq və mərhəmətlə bir araya gəldiyini bildirən Quterreş BMT-nin missiyasının dialoq, birlik və sülhü yaymaq olduğunu xatırladıb.

Quterreş fikirlərinin münaqişə zonalarında olan, köçkün və bu çətin anlarda əziyyət çəkənlərlə olduğunu bildirib.

Quterreş Ramazan ayında insanları sülhə, qarşılıqlı hörmətə və həmrəyliyə çağırıb: "Müqəddəs Ramazan ayından ilham alaraq hamı üçün daha ədalətli və bərabər bir dünya quraq. Ramazan bayramınız mübarək".

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR