İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT baş katibi defolta yaxın ölkələrin sayını açıqlayıb

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, 50-dən çox ölkə defolt (borclarını ödəyə bilməmək) təhlükəsi qarşısındadır və ya buna yaxındır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) forumunda çıxışı zamanı bildirib.

Eyni zamanda, baş katib onların yaxın gələcəkdə borc yükünü azaltmaq perspektivinin olmadığını deyib.

Quterreş qeyd edib ki, DİM fondunda çatışmayan vəsaitin həcmi koronavirus pandemiyasının başlanğıcından bəri 2,5 trilyon dollar artaraq 4,2 trilyon dollara çatıb.

Əvvəllər bildirilirdi ki, kasıb ölkələr taxıl müqaviləsi çərçivəsində yalnız 10% qarğıdalı və 40% buğda alıb və bunun da böyük hissəsi zəngin ölkələrə göndərilib.

BMT-nin məlumatına görə, il ərzində Əfqanıstan, Efiopiya, Somali, Sudan və Yəmən kimi aşağı gəlirli ölkələr bu sazişdən 822 min ton əldə ediblər.

Ümumilikdə, taxıl müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində Ukrayna limanlarından taxıl yüklənmiş 1003 gəmi çıxıb və bu da 32,8 milyon tondan çox yük deməkdir. O da qeyd olunur ki, iyunun 27-dən indiyədək bir dənə də olsun gəmi keçid icazəsi almayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR