İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bloomberg": “Rusiya elitası Putinin Ukraynadakı müharibədə qalib gəlmək şanslarına inanmır”


“Rusiya elitası müharibədən yorulub və onun bitməsini istəyir. Buna rəğmən Putinin savaşı dayandıracağına şübhə edirlər”. 

Musavat.com “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu barədə “Bloomberg” portalı məlumat yayıb.

“Kreml üçün ən yaxşı nəticə, danışıqlar aparmaq və münaqişəni ilin sonuna qədər dondurmaqdır, bundan sonra Putin ələ keçirilən Ukrayna ərazisinin bir hissəsini saxlayaraq “Pirr qələbəsini” elan edə bilər”,-deyə xəbərdə bildirilir.

Xəbərə əsasən, elitada heç kim Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı prezidentə qarşı durmaq istəməsə də, hər halda onun rəhbərlik qabiliyyətinə inam sarsılıb.

İşğaldan sonra ölkədən qaçan Rusiya hökumətinin keçmiş müşaviri Kirill Roqov da bunu təsdiqləyir: “Elita çıxılmaz vəziyyətdədir: onlar mənasız müharibədə günah keçisi olmaqdan qorxurlar”.

“Bloomberg” Rusiyanın siyasi və biznes elitasındakı bir çox insanın Ukraynada müharibə perspektivləri ilə bağlı əhval-ruhiyyəsini "dərinləşən qaranlıq" olaraq təsvir edib.  Analitiklərə görə, böyük itkilərlə müşayiət olunan uğursuz işğala görə bu əhval-ruhiyyə daha da güclənəcək.

“Rusiya daxilində, o cümlədən Moskvada pilotsuz təyyarələrin hücumları güvənsizlik hissini artırıb və hərbi əməliyyatların Belqorod bölgəsinə yayılması Putinin “Rusiyanın təhlükəsizliyinin qarantı” imicinə zərbə vurub”, -deyə xəbərdə qeyd olunub.

Belə bir vəziyyətdə elita, hətta işğalı dəstəkləyənlər də Rusiyanın bir neçə gün ərzində bitməli olan, lakin il yarımdır davam edən müharibə perspektivindən məyus olublar.

Onlardan biri də Dövlət Dumasının deputatı Konstantin Zatulindir. Vaxtilə Kremlə yaxınlığı ilə bilinən siyasətçi qondarma “xüsusi hərbi əməliyyatın” məqsədlərinə çatmasına şübhələrini açıq şəkildə dilə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR