İnsanlara hürriyət, millətlərə istiqlal!

Bloomberg: "Londonun gecə klubları enerji böhranı səbəbindən bağlana bilər"

Energetika böhranının öhdəsindən gəlməyi bacarmayan Londondakı bir çox gecə klubları bağlanmaq təhlükəsi ilə üzləşib.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, gecə klubları elektrik enerjisi qiymətlərinin sürətlə bahalaşması ilə yanaşı, inflyasiya səbəbindən insanların bu xidmətlərə xərcləri azaltmasından da əziyyət çəkir. Gecə sənayesi müəssisələri assosiasiyasının (NTIA) məlumatına görə, pandemiyaya qədər Britaniya iqtisadiyyatına ildə 46 milyard funt sterlinq (55,4 milyard dollar) qazandıran klubların xeyli hissəsi bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Assosiasiyadan bildiriblər ki, müəssisələrin 54 faizi qaz və elektrik verilməsi barədə müqavilələri hələ də uzatmayıb. Bunu edənlər isə xərclərin pandemiyadan əvvəlki dövrlə müqayisədə 37 faiz artığını deyirlər.

Cornwall Insight enerjetika-konsaltinq kompaniyasının proqnozlarına əsasən, oktyabrda elektrik enerjisinin qiymətləri beş dəfə arta bilər. Analitiklər hökuməti elektrik böhranının biznesə təsiri barədə ciddi düşünməyə çağırırlar. Əks-təqdirdə Britaniya cəmiyyətdə dərin kök salmış və yaxşı perspektivlərə malik kompaniyaların tarixdən silinməsinin şahidi olacaq.

Boris Consonun istefasından sonra Böyük Britaniya hökumətinin başçısı və Mühafizəkar partiyanın lideri postuna iddia edən xarici işlər naziri Liz Trass əhalini energetika böhranı baxımından ağır qış dövrünə hazırlaşmağa çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR