İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken və Lavrov Hindistanda qarşılaşdılar - Onlar nədən danışıb?

ABŞ dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov Hindistanda keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində qısa söhbət ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal əməliyyatının başlanmasından sonra onların ilk görüşü sayılır.

“The New York Times”ın Dövlət Departamentinin sözçüsünə istinadən verdiyi məlumata görə, söhbət 10 dəqiqədən az davam edib. Görüş barədə əvvəlcədən məlumat verilməyib.

Amerika nümayəndəsinin sözlərinə görə, Blinken Lavrovla söhbətində üç mövzuya toxunub: dövlət katibi ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib, Rusiyanı START-3 strateji hücum silahlarına dair müqaviləyə qayıtmağa çağırıb və Rusiya həbsxanasında saxlanılan amerikalı Pol Uilanın azad edilməsini istəyib.

ABŞ rəsmilərinin bildirdiyinə əsasən, görüş Rusiyanın tezliklə öz kursunu dəyişməyə hazır olduğu təəssüratı yaratmayıb.
Lavrovun nə dediyi açıqlanmayıb. Rusiyalı nazirin özü hələlik görüş barədə danışmayıb. Rusiya Xarici İşlər Nazirliyi yalnız görüş faktını təsdiqləyərək, bunun “yolüstü” keçirildiyini, tamhüquqlu danışıqlardan söhbət getmədiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR