İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizim Kanadanın heç nəyinə ehtiyacımız yoxdur - Tramp meydan oxudu

Kanada vergiləri azaltmaq və gömrük rüsumlarından azad olmaq üçün 51-ci ştat kimi ABŞ-a qoşulmalıdır.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Biz Kanadaya subsidiya vermək üçün yüz milyardlarla dollar ödəyirik. Nə üçün? Heç bir səbəb yoxdur. Onların heç nəyinə ehtiyacımız yoxdur. Sərhədsiz enerjimiz var, öz maşınlarımızı hazırlamalıyıq, istifadə edə biləcəyimizdən daha çox ağacımız var.

Bu nəhəng subsidiyalar olmadan Kanada həyat qabiliyyətli ölkə kimi mövcud olmağı dayandıracaq. Sərtdir, lakin reallıqdır! Buna görə də Kanada bizim arzu etdiyimiz 51-ci ştata çevrilməlidir. Bu, Kanada xalqı üçün daha aşağı vergilər, daha yaxşı hərbi müdafiə deməkdir - və heç bir tarif yoxdur", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, fevralın 1-də Donald Tramp Kanadadan idxal olunan enerji məhsullarına 10 faiz, digər mallara isə 25 faiz tariflər tətbiq edən sərəncam imzalayıb. Bu tədbirlər fevralın 4-dən qüvvəyə minəcək.

Buna cavab olaraq Kanada səlahiyyətliləri cəmi 155 milyard Kanada dolları (106,5 milyard ABŞ dolları) dəyərində Amerika mallarına 25 faiz cavab rüsumları tətbiq edib. Baş nazir Castin Trüdo bildirib ki, Ottava həmçinin kritik minerallar və enerji sahəsində ABŞ-a qarşı qeyri-tarif cavab tədbirləri tətbiq etmək imkanını nəzərdən keçirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR