İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz yeni görüşü səbirsizliklə gözləyirik” - Kostanyan

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan güman etmir ki, Azərbaycanla danışıqlar dalana dirənib.

Musavat.com bildirir ki, bu barədə erməni mediası yazır.

Jurnalistlərlə söhbətində nazir müavini bildirib ki, hələlik nə Brüsseldə, nə də ABŞ-da görüşlə bağlı razılıq əldə olunub, lakin anlaşma olarsa, bu barədə ictimaiyyətə mütləq məlumat veriləcək.

Kostanyan təsdiqləyib ki, son vaxtlar liderlər səviyyəsində görüş olmayıb, amma “iş davam edir”.

Onun sözlərinə görə, “vasitəçilər” yeni görüşün təşkili üçün müəyyən işlər görürlər.

“Dünən amerikalı həmsədr Lui Bono İrəvanda idi. Digər vasitəçilər ilə daim əlaqə saxlayırıq. Biz yeni görüşü səbirsizliklə gözləyirik”, - deyə nazir müavini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR