İnsanlara hürriyət, millətlərə istiqlal!

"Biz Azərbaycan xalqı ilə eyni ağrını yaşayırıq" - Ukrayna səfiri  

"Biz Azərbaycan xalqı ilə eyni ağrını yaşayırıq. Düşmən döyüş meydanında qalib gələ bilməyəndə dinc əhaliyə zərbə endirir".

Musavat.com bildirir ki, bu sözləri hazırda Gəncədə səfərdə olan Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə açıqlamasında deyib. Səfir Gəncədə raket zərbələri endirilən ərazidəki görüntülərin çox ağrılı olduğunu, Ukraynanın da hazırda bu cür ağrı yaşadığını deyib:

"Azərbaycanın dərdini xüsusilə başa düşürük. Münki bizdə də uşaqlar ölür, atəşlər nəticəsində dinc əhalinin evləri dağılır. Azərbaycanın təcrübəsi göstərir ki, münaqişənin ən yaxşı həll yolu diplomatiya və hərbi proseslərin birləşməsidir".

Xalidə Gəray
Foto müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR