İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bircə şansım olsaydı, Tünzaləyə demək istəyərdim ki..."

Xəbər verdiyimiz kimi, bu gün Əməkdar artist Tünzalə Əliyevanın ölüm ildönümüdür.

Mərhum aktrisanın həyat yoldaşı Röyal sosial media hesabında paylaşım edib.

"Bu gün kimi xatırlayıram. Mənə zəng gəldi ki, "qalxın yuxarı", həyatım boyunca unuda bilməyəcəyim söz. Saat 10-da onun ürəyi dayandı. Bir dəfə qaytardıq, saat 11-də isə dayandı, qaytara bilmədik.

Bəzən düşünürəm ki, Rəbbim bəlkə də Tünzaləni bəzən oyadır, sual cavab edir. O an yəqin ki, düşünür ki, görəsən, Röyal məni unudub? Bircə dəfə şansım olsaydı, Tünzaləyə demək istəyərdim ki, mən öncə Rəbbimə, sonra sənə qovuşmaq üçün yaşayıram. Səni ağlımdan bir gün belə çıxarmadım. Qiyamətə qədər sənə əsla xəyanət etməyəcəyəm. Allahımı şahid gətirirəm. Qızımdan və məndən narahat olma demək istəyərdim. Sonra özüm-özümə axı, o səni tanıyır, o səndən əmindir, deyirəm.

365 gün oldu, 33 yaşım var, amma tək son bir ilimin tam olaraq 365 gününü günbəgün xatırlayıram. Bu gün sənsiz qalmağımın 365-ci günüdür. Tünzaləni ziyarətə gətdiyim zaman, bəzən qızımız Zəhra yorğun olur. Deyir ki, olar, bu gün anama deyəsən ki, Zəhra yorulub, bu gün gələ bilmədi, amma sabah gələcək.

Deyirəm ki, yaxşı, narahat olma, deyəcəyəm. Sən şanslısan ki, sənin sözünü anaya deyən biri var. Bəs, mənim sözümü kim desin. Onun üçün çox darıxıram. İnsan bir gün doğulur, bir gün də ölür. Mən bir gün doğuldum, amma hər gün ölürəm. Amma mən o şanslı insanam ki, mənim qəbrim indidən hazırdır, özü də sənin yanında. Bu ölümü mənə xatırlamaq üçün daha bir səbəbdir" deyə, o, yazıb.

Qeyd edək ki, T.Əliyeva xərçəngdən əziyyət çəkirdi. O, uzun çəkən müalicələrdən sonra ötən il dünyasını dəyişib. Röyal adlı bəylə ailəli olan aktrisanın Zəhra adlı bir qız övladı var. (Axşam.az)

EMEK.jpeg (49 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR