İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir milyon yarımlıq malı yanan sahibkar: "Heç birimizin sığortası yoxdur"  


"Yanğında bir milyon yarımlıq malım qısa zamanda kül oldu. Ən pisi isə odur ki, dünən bir vaqon yeni material gətirmişdik".

Musavat.com bildirir ki, bu barədə inşaat materialları bazarında baş verən yanğından zərər çəkən sahibkar Əmrah Cəfərov bildirib.

"Səhər saatlarında mənə zəng etdilər ki, gəl, yanğın var. Yanğın küləyə görə gücləndi. Yanğınsöndürənlər tez gədi, amma güclü külək yanğını daha da alovlandırdı. Qısa müddətdə bir milyon yarımlıq əmlakım kül oldu. Ən pisi isə odur ki, bir vaqon material gətirmişdik".

Sahibkar obyektlərinin sığortasının olmadığını deyib.

"Sığortamız yoxdur. 4-5 il əvvəl də bu bazarda belə yanğın olmuşdu. Bu gün baş verən yanğının hansı səbəbdən olduğu məlum deyil. Qəsdən törədilməsi ehtimalı da yoxdur, çünki bazar mühafizə olunur".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR