Onlayn ictimai-siyasi qəzet
Özünü yüksəkvəzifəli şəxsin qohumu kimi təqdim edərək dələduzluq əməli törətmiş 1993-cü il təvəllüdlü Əsəd Əsədova hökm oxunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesin yekununda Əsəd Əsədova 8 il 6 ay müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Ə.Əsədov Gəncədə avtomobil və ehtiyyat hissələrin satışı ilə məşğul olub. Onun orada bir neçə mağazası var imiş. Əsasən nisyə şəkildə mal alıb-satan Əsədov özünü vəzifəli şəxsin yaxını kimi təqdim edərək ümumilikdə 33 nəfərdən dəyəri 1 milyon manata yaxın olan ehtiyyat hissələri, avtomobillər və nağd pul alaraq dələduzluq edib. O, aldatma yolu ilə ələ keçirdiyi əmlakların xeyli hissəsini geri qaytarsa da, bir hissəsi qalıb.
Qeyd edək ki, gənc iş adamı Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. (Qafqazinfo)
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ