İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bir bəy yaxınlaşıb dedi ki, balaca bir..."

"Növbəti tədris ili üçün yarımillik ödənişini etməliyəm. Ödənişli məktəbdə övladı oxuyanlar yəqin mənim vəziyyətimdədir. İlin sonunda növbəti ilin ödənişi edilməlidir. Çətindir, amma hazırlıqlı olmalısan. Burada gözləyiridm. Bir bəy yaxınlaşdı".

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə paylaşımında deyib. O, qızı Diləyin təhsil aldığı məktəbə gedərkən başına gələn hadisəni izləyiciləri ilə bölüşüb:

"Yaxınlaşıb dedi ki, uşaq oxudur, övladı tələbədir. Çox ehtiyacım var. Maşın üçün balaca bir aksesuar almağımı xahiş etdi. İçərisində Quran yazılı balaca kitab var. Özü bir məbləğ qoymadı, 3 manata aldım. Vasitəçi oldum, köməklik etdim. Bunu da bir aksesuar olaraq aldım. Bir atanın övladını oxutmağına köməyim dəydisə, nə xoş mənə. Bəlkə də Allah bu gün məni bura vasitəçi göndərdi. Sizə təmiz niyyətlə açılmış əli imkan daxilində boş buraxmayın. Hələ də bu, təhsil və uğurlu gələcək üçündürsə".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR