İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəli Yıldırım Azərbaycanda düşdüyü qəzadan DANIŞDI: "Avtomobil bir neçə dəfə çevrildi..."

Azərbaycanda səfərdə olan zaman yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım bu gün saat 12:00-da müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, xəstəxananı tərk etməzdən əvvəl mətbuata açıqlama verən Yıldırım qəzanın ağır olduğunu bildirib.

“Düz bir həftə əvvəl, oktyabrın 20-də Azərbaycanın Qarabağ bölgəsində Zəngilan Hava Limanının açılışı çərçivəsində bir heyət olaraq qardaş ölkəyə birgünlük səfər etdik. Geri dönərkən içərisində İstanbul millət vəkili Şamil Ayrım və cangüdənim Oğuzhan Dəmirçi ilə birgə olduğum maşın qəzaya uğradı.

WhatsApp Image 2022-10-27 at 14.36.50.jpeg (87 KB)

Ağır və ciddi bir qəza yaşadıq, maşın bir neçə dəfə çevrildi. Allaha şükür, Rəbbim bizi qorudu, yoldaşlarımızın, millətimizin və sevdiklərimizin duaları bu qəzadan sağ çıxmağımıza kömək etdi. Qəza nəticəsində başımda cərrahi müdaxilə tələb edən kəsik iki dəfə əməliyyat olunub, iki qabırğam sınıb, bu sümükləri əməliyyat etmək olmur, onlar da zamanla sağalacaq. Bədənimin müxtəlif yerlərində əziklər və toxuma zədələri var" - B.Yıldırım deyib.

Partiya rəsmisi Prezident İlham Əliyevə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib:

WhatsApp Image 2022-10-27 at 14.36.50 (1).jpeg (58 KB)

"İlk müdaxilə Azərbaycanda edildi, qəza yerindən vertolyotla "Mərkəzi Klinika" adlı xəstəxanaya gətirildik. Azərbaycanda ilk müdaxilədən sonra tətənə gəldik. Qəza baş verən andan ciddi dəstək gördüyüm Prezident İlham Əliyevə təşəkkür edirəm. Müalicəmizin hər anını, hər mərhələsini diqqətlə izləyən, həkimlərimizə zəng edib hesabat alan hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğana minnətdarlığımı bildirirəm. Başda səhiyyə nazirimiz Fahrettin Koca olmaqla əməyi keçən bütün həkimlərə təşəkkür edirəm”.

Binəli Yıldırım müalicənin evdə davam edəcəyini bildirib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR