İnsanlara hürriyət, millətlərə istiqlal!

“Binance” ABŞ Dövlət Komissiyasına qarşı məhkəmədə iş qaldırdı

Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının iddasının təmin olunmaması xahişi ilə məhkəməyə müraciət edib.

Xatırladaq ki, Komissiya birjanın ABŞ qanunlarına zidd olaraq bu ölkənin vətəndaşlarına öz platformalarında qiymətli kağızlarla əməliyyatlarda iştirakına şərait yaratdığını bildirib və məhkəmədə birjanın ABŞ-dakı aktivlərinin dondurulması ilə bağlı iddia qaldırıb.

“Binance”ın ABŞ nümayəndəliyi aktivlər dondurulacağı halda əməkdaşların əmək haqlarının ödənməsinin mümkün olmayacağını əsas gətirməklə Komissiyanın iddiasının təmin olunmamasını istəyib. Şirkət bildirir ki, aktivlərin dondurulması halında banklar onun hesablarından hər hansı əməliyyat həyata keçirə bilməyəcəklər.

ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının Kolumbiya əyalət məhkəməsində iddia qaldırmasından sonra Binance dollarla depozit qəbulunu dayandırıb.

Binance.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR